SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

Tanınmış cərrah Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib

  • 29 yanvar 2026, 17:09

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri Anar Namazov “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

Yurd.Media xəbər verir ki, A.Namazov döş nişanı ilə səhiyyə nazirinin müvafiq əmri ilə layiq görülüb.

 “Səhiyyə əlaçısı” döş nişanı ilə səhiyyə sahəsində yüksək peşəkarlıq, çoxillik səmərəli fəaliyyət göstərmiş və xüsusi nailiyyətlər əldə etmiş, o cümlədən 10 il və daha artıq əmək stajı olan tibb işçiləri təltif olunur.

Qeyd edək ki, Anar Namazov 17 may 1983-cü il tarixində Qubadlı rayonunda anadan olub. O, orta təhsilini 1990-1993-cü illərdə Qubadlı rayonu 2 saylı orta məktəbində, 1993-1996-cı illərdə Sumqayıt şəhəri 24 saylı orta məktəbində, 1996-2000-ci illərdə isə “Dədə Qorqud” özəl türk litseyində alıb

Ali təhsilini 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetində tamamladıqdan sonra, peşəkar fəaliyyətini və elmi biliklərini artırmaq məqsədilə aşağıdakı mərhələləri keçib:

2006-2008: Rusiya Federasiyası Lazer Mərkəzi İnstitutunda cərrahiyyə üzrə klinik ordinatura;

2008-2011: Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasında aspirantura.

Anar Namazov “Qarının ön divarının yırtıqlarının laparoskopik plastikasında ağırlaşmaların profilaktikası” mövzusunda elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Onun əsas elmi araşdırma və praktiki fəaliyyət sahələrinəaşağıdakılar daxildir:

Yırtıqlar və böyrək transplantasiyası;

Qaraciyər, mədə, bağırsaq və mədəaltı vəz törəmələri;

Tireoid vəzi və öd kisəsi patologiyaları.

Ailəlidir, iki övladı var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları