SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Albert Aqarunov Şuşada - FOTO

Albert Aqarunov Şuşada - FOTO

  • 12 may 2025, 13:43
Şuşa

Azərbaycanın yəhudiəsilli Milli Qəhrəmanı Albert Aqarunovun öz adını daşıyan qardaşı oğlu bir müddət əvvəl Azərbaycana gəlib.

Yurd.Media xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. Aqarunov Şuşaya da səfər edib.

Milli Qəhrəmanla eyni adı daşıyan Albert Aqarunov səfər çərçivəsində işğaldan azad olunan ərazilərə, eləcə də Şuşa şəhərinə yollanıb.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakıda anadan olub. Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayıb. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub. Aqarunov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O bu ada layiq görülən ilk hərbçilərdən olub. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2019-cu ildə Bakının Nərimanov rayonunun küçələrindən birinə Albert Aqarunovun adı verilib, həmin küçədə heykəli ucaldılıb.