Bugün azad olunmuş daha 6 kəndə köç gəlib.
Yurd.Media xəbər verir ki, Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə köç çatıb.
Bu mərhələdə köçürülən Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailəyə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailəyə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailəyə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailəyə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

