SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
ADSEA cərimələdi - Məhkəmə LƏĞV ELƏDİ

ADSEA cərimələdi - Məhkəmə LƏĞV ELƏDİ

  • 13 yanvar 2026, 09:10

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən “Fibro Truck” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, sənəddə göstərilib ki, Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərən şirkət sahəsində formalaşan tullantı sularının təmizlənmədən birbaşa Qır gölünə axıdılması aşkar edilib.

Bununla da MMC barəsində protokol yazılıb.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə MMC barədə İnzibati Xətalar Məcəlləsinin su obyektlərinin çirklənməsi, zibillənməsi və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi (264.0.1) maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata, həmin məcəllənin 53.2 maddəsinə əsasən xitam verilib.

Bu qərardan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti apellyasiya şikayəti verib və MMC-nin cərimə olunmasını istəyib.  Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları