SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Abşeron rayonunda insanlara əziyyət verən yol - VİDEO

Abşeron rayonunda insanlara əziyyət verən yol - VİDEO

Abşeron

Abşeron rayonunun Saray qəsəbəsindəki yol sakinlərə əziyyət verir.

Yurd.Media xəbər verir ki, Qəsəbənin Fikrət Əmirov küçəsi və Bağlar massivi adlanan ərazidə bərbad vəziyyətdə olan yolda bəzən hərəkət tamamilə mümkünsüz olur. Qışda palçıq, yayda isə toz-torpaq sakinləri çətinə salır və onların güzəranını pozur.

Sakinlər “ATV Xəbər”ə bildirirlər ki, bərbad vəziyyətdə olan yol uşaqların da məktəbə getməsinə maneə törədir.

Yağışdan sonra isə adıçəkilən ərazidə çəkməsiz gəzmək mümkünsüz olur.

Məsələ ilə bağlı Saray bələdiyəsindən bildirilib ki, qəsəbədə 370-ə yaxın küçə var və təmirə ehtiyacı olan yollardan xəbərdardırlar. Lakin hazırda yolların asfaltlanması üçün bələdiyənin büdcəsində lazımi vəsait yoxdur. Növbəti il üçün bu problemlərin həlli istiqamətində addımlar atılacağı qeyd edilib.

Prime Leasing
SPE Annual Caspian