ABŞ-ın aparıcı kredit təşkilatı – “Finca”nın Azərbaycandakı törəməsi (“Finca Azerbaijan”) “Bakı Fond Birjası” QSC-də 3 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirib.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 30 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə 54 investora satılıb. Onlar elə təklif olunan məbləğdə tələb irəli sürüblər.
İstiqrazlar 2 il tədavüldə olacaq. Onlara illik 9% gəlirlilik vəd olunub. Faizlər 3 aydan ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "Unicapital İnvestisiya Şirikəti" QSC-dir.