SÜJET
Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanovun evi hər an uça bilər.
Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, Əmircan qəsəbəsində yerləşən, tarixç-alimin doğulduğu ev yararsız vəziyyətdədir.
Abasqulu ağa Bakıxanovun qohumu olduğunu iddia edən şəxs bildirib ki, illərdir bu ev tədricən uçub dağılır. Artıq evin divarlarını kiçik bir taxta parçası saxlayır.
Rəşad Mirzəyevin sözlərinə görə, evin bərpası ilə bağlı adiyəti üzrə müraciət də ediblər. Lakin nəticəsi olmayıb. İndi isə evin muzey kimi fəaliyyət göstərməsini istəyir.
Ətraflı süjetdə: