SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
AAYDA strukturu 128 min manat borclandı - Məhkəmədən həbs qərarı

AAYDA strukturu 128 min manat borclandı - Məhkəmədən həbs qərarı

  • 30 iyul 2026, 22:01

Yanacağa görə külli miqdarda borcu yaranan şirkətlə bağlı məhkəmə qərarı verilib.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində fəaliyyət göstərən "8 №-li Xüsusi Təyinatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bank hesabına həbs qoyulub.

Müəssisənin dizel yanacağına görə 128 062 manat borcu yaranıb.

Borcun ödənilməməsi ilə əlaqədar MMC-nin direktoru Şirinov İsmayıl Əliheybət oğlu barəsində məhkəməyə müraciət olunub.

Məhkəmənin qərarına əsasən, MMC-nin Azərbaycan ərazisində fəaliyyət göstərən bank hesablarındakı pul vəsaitlərinin üzərinə, işçilərin əməkhaqlarının və dövlət büdcəsinə ödənilməli zəruri ödənişlərin (vergi, sosial sığorta və s.) həyata keçirilməsinə məhdudiyyət qoyulmamaq şərti ilə iddia tələbinin əsas borc məbləği olan 128 062 manat həddində həbs qoyulub.

Qərardad dərhal icra olunub.

Qeyd edək ki, İsmayıl Şirinovun atası Əliheybət Şirinov "Aztimont" Açıq Səhmdar Cəmiyyətinin sədridir. O, oğlundan əvvəl "8№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru  olub. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları