SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
3 BOKT-un vəzifəli şəxsləri birlikdə 14 min manat cərimə ödəyəcək

3 BOKT-un vəzifəli şəxsləri birlikdə 14 min manat cərimə ödəyəcək

  • 17 dekabr 2025, 13:33

Azərbaycan Mərkəzi Bankı (AMB) "Caspian İnvest" və "Effektinvest" MMC-lər, eləcə də "Finex Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

Yurd.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb. 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Caspian İnvest"in vəzifəli şəxsi 1 500 manat, "Effektinvest"in vəzifəli şəxsi 4 500 manat, Finex Kredit"in vəzifəli şəxsi isə 8 000 manat cərimə olunub. Beləliklə, 3 BOKT-un vəzifəli şəxsləri birlikdə 14 min manat cərimə ödəyəcək.  

Prime Leasing
SPE Annual Caspian