SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
22 yaşlı BAKU.WS-in baş redaktoru: Ən böyük nailiyyətimiz...

22 yaşlı BAKU.WS-in baş redaktoru: Ən böyük nailiyyətimiz...

Bu gün Azərbaycanın aparıcı xəbər portallarından olan BAKU.WS saytının fəaliyyətə başlamasından 22 il ötür. Uzun illərdir ölkənin informasiya məkanında fəal mövqe tutan portal bu müddət ərzində geniş oxucu auditoriyası qazanıb.

BAKU.WS-in fəaliyyəti 22 illik ilə bağlı Yurd.Media ilə fikirlərini bölüşən saytın baş redaktoru Azad Əliyev bildirib ki, bu müddət ərzində əldə olunan ən böyük nailiyyət oxucu etibarının qazanılmasıdır:

“Bu illər ərzində ən böyük nailiyyətimiz oxucu etibarını qazanmağımızdır. Rəqəmsal mediada uğurumuzun əsas sirri xəbərə və işə peşəkar yanaşmadır. Peşəkar yanaşma olan hər yerdə uğur da olur. BAKU.WS oxucusuna ilk gündən verdiyimiz əsas vədi isə bir cümlə ilə belə ifadə etmək olar: "Biz sizin xəbərə olan tələbatınızı ödəyəcəyik’”, – deyə o qeyd edib.

BAKU.WS-in baş redaktoru Azad ƏliyevBAKU.WS-in baş redaktoru Azad Əliyev

Qeyd edək ki, 22 il ərzində BAKU.WS daim eksklüziv xəbərləri ilə seçilib və etibarlı xəbər mənbəyi statusunu qoruyub saxlayıb. Xüsusilə Vətən müharibəsi dövründə komanda böyük məsuliyyətlə çalışaraq, rəsmi mənbələrə əsaslanan dəqiq məlumatları oxuculara çatdırıb və qələbələrimizi qürurla işıqlandırıb.

Bu il BAKU.WS-in 5 əməkdaşı Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunan "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilib.

Yurd.Media saytının bütün kollektivi adından "BAKU.WS"də çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları