“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

  • 27 aprel 2025, 16:48
Naxçıvan

“Go Camp” Piknik layihəsinin növbəti istiqaməti Naxçıvanda baş tutub.

Yurd.Media xəbər verir ki, layihə Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Könüllülər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə ay ərzində fəallıq göstərən Azərbaycan Könüllüləri Naxçıvan Muxtar Respublikasının Zəngəzur Milli Parkının Batabat ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.

Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub.

Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.