“Bakı Marafonu 2025” ilə əlaqədar paytaxtda bu avtobusların marşrutu dəyişdirələcək - SİYAHI

“Bakı Marafonu 2025” ilə əlaqədar paytaxtda bu avtobusların marşrutu dəyişdirələcək - SİYAHI

  • 03 may 2025, 22:12

Sabah “Bakı Marafonu 2025” ilə əlaqədar paytaxtda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq.

Yurd.Media xəbər verir ki, AYNA avtobusların sabah üçün dəyişdirilmiş marşrutlarını təqdim edir:

• 1 nömrəli marşrut – Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə hərəkət edəcək.

• 2 nömrəli marşrut – Hərəkəti Təbriz küçəsi ilə təşkil olunacaq.

• 4 və 10 nömrəli marşrutlar – Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə hərəkət edəcək. Son dayanacaqları “Xətai” metrostansiyası olacaq.

• 5, 88 və 88A nömrəli marşrutlar – Son dayanacaqları “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

• 6 nömrəli marşrut – “Azadlıq prospekti” metrostansiyası – Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.

• 18 nömrəli marşrut – Son dayanacağı Əhməd Cavad küçəsi (Nizami bağı) olacaq.

• 20, 72 və 120E nömrəli marşrutlar – Babək prospekti və Nəcəfqulu Rəfiyev küçəsi üzrə fəaliyyət göstərəcək. Son dayanacaqları “Xətai” metrostansiyası olacaq.

21, 32, 46 və 120 nömrəli marşrutlar – Ağ Şəhər və Babək prospekti ilə hərəkət edəcək. Son dayanacaqları “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

• 30 və 49 nömrəli marşrutlar – Son dayanacaqları “Xətai” metrostansiyası (Xocalı prospekti) olacaq.

• 53 nömrəli marşrut – Son dayanacağı “20-ci Sahə” dairəsi olacaq.

• 61 nömrəli marşrut – Bülbül prospekti və Xəqani küçəsi ilə hərəkət edəcək. Son dayanacaq nöqtəsi Rəşid Behbudov küçəsi olacaq.

• 65 nömrəli marşrut – Şeyx Şamil və İstiqlaliyyət küçələri ilə hərəkət edəcək. Son dayanacağı Axundov bağı olacaq.

• 120A nömrəli marşrut – Hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.

• 125 nömrəli marşrut – Son dayanacağı “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.

• 149 nömrəli marşrut – İpək yolu və Mikayıl Müşfiq küçələri ilə hərəkət edəcək. Son dayanacağı “Elmlər Akademiyası” metrostansiyası olacaq.

• 205 nömrəli marşrut – İpək yolu və Mikayıl Müşfiq küçələri istiqamətində fəaliyyət göstərəcək.

• E1 nömrəli marşrut – Hərəkəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri üzrə təşkil olunacaq.

• H1 nömrəli marşrut – Xətai prospekti ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edəcək.