SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Yığımları azalan sığorta şirkətləri - SİYAHI

Yığımları azalan sığorta şirkətləri - SİYAHI

  • 25 may 2026, 10:48

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətindən 8-nin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı 4 aylıq sığorta icmalında bildirilir.

Sənədə əsasən, bunlar, “A-Qrup Sığorta”, “Atasığorta”, “Azərbaycan Sənaye Sığorta” (ASS), “Azsığorta”, “Meqa Sığorta”, “Qala Həyat Sığorta”, “Qala Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.

Ən çox azalma AMB-nin lisenziyasını ləğv etdiyi “Atasığorta”da (99,9%), ən az azalma isə ASS-də (1,3%) olub.

Bu dövr ərzində 8 sığorta şirkətinin yığımları isə artıb. Ən yüksək dinamika “Meqa Həyat Sığorta”da (91,3%), ən aşağı dinamika isə “Atəşgah Həyat Sığorta”da (2,9%) qeydə alınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları