"Yapı Kredi Bank Azərbaycan" QSC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, bank yanvar-mart aylarında 1,4 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% azdır.
Bu il aprelin əvvəlinə "Yapı Kredi Bank Azərbaycan"ın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 40,9% çox - 789,1 milyon manat, o cümlədən xalis kredit portfeli 56,1% çox – 455,6 milyon manat təşkil edib. Bankın öhdəlikləri 663,2 milyon manat (48,2% çox), o cümlədən depozit portfeli 503,2 milyon manat (30% çox), balans kapitalı isə 125,9 milyon manat (11,7% çox), o cümlədən nizamnamə kapitalı 55,4 milyon manat (dəyişməyib) olub.