SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Rövşən Ağayev: “Uçot dərəcəsi azərbaycansayağı işləyir”

Rövşən Ağayev: “Uçot dərəcəsi azərbaycansayağı işləyir”

  • 06 fevral 2026, 11:32

Azərbaycan Mərkəzi Bankının (AMB) ildə 8 dəfə müəyyən etdiyi uçot dərəcəsi azərbaycansayağı işləyir.

Yurd.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

“Həm nəzəri baxımdan, həm də normal bazar mexanizmlərinin işlədiyi iqtisadiyyatlarda mərkəzi banklar uçot dərəcəsini azaldanda kreditlər ucuzlaşmalıdır. Yəni, bizim sevimli “transmissiya”nın əsas kanallarından və yaxud nəticələrindən biri bu, olmalıdır. Alın, bu da sizə azərbaycansayağı “transmissiya”: 2018-ci ilin sonunda uçot dərəcəsi 9,75%, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 15,9%, 2025-ci ilin sonunda isə uçot dərəcəsi 6,75%, həmin dövrdə manatla yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17,7% olub”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu həftə AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,75 %-dən 5,5 %-ə, yuxarı həddi isə 7,75 %-dən 7,5 %-ə endirilib.

iqtisadçı-ekspert Rövşən Ağayeviqtisadçı-ekspert Rövşən Ağayev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları