SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Qala Sığorta”nın maliyyə göstəriciləri pisləşib

“Qala Sığorta”nın maliyyə göstəriciləri pisləşib

  • 12 avqust 2026, 10:26

"Qala Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 2,9 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,65% azdır.

Bu il iyulun əvvəlinə "Qala Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 7,2% az - 89,7 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 64,9 milyon manat (10,55% az), balans kapitalı isə 24,8 milyon manat (2,95% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları