SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Nova Credit, İDK və Azərbaycan Mikro-Kredit BOKT-ların vəzifəli şəxsləri cərimələndi

"Nova Credit", "İDK" və "Azərbaycan Mikro-Kredit" BOKT-ların vəzifəli şəxsləri cərimələndi

  • 01 dekabr 2025, 12:51

Azərbaycan Mərkəzi Bankı (AMB) "Nova Credit" və "İDK" MMC-lər, eləcə də "Azərbaycan Mikro-Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.

Prime Leasing
SPE Annual Caspian