SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Nazirlər Kabineti gələn ilin büdcə layihələrini bəyəndi – Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti gələn ilin büdcə layihələrini bəyəndi – Prezidentə təqdim olunacaq

  • 25 sentyabr 2025, 15:23

Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə “2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib.

Nazirlər Kabinetindən Yurd.Media-ya verilən məlumata görə, Ə.Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib.

İclasda maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzələri dinlənilib, layihələrin “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulmuş sənədlərlə birlikdə ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Prime Leasing