SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Naxçıvanın Dövlət Su Ehtiyatları Agentliyi ötən il xarici borcunu cəmi 900 min dollar azaldıb

Naxçıvanın Dövlət Su Ehtiyatları Agentliyi ötən il xarici borcunu cəmi 900 min dollar azaldıb

  • 05 fevral 2026, 12:57
Naxçıvan

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyinin xarici borcu 191,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Yurd.Media-ya Agentlikdəki mənbə bildirib.

Onun sözlərinə görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,9 milyon dollar və yaxud 0,5% azdır.

O vaxt qurum Meliorasiya və Su Təsərrüfatı Agentliyi adlanırdı.

Qeyd edək ki, 2024-cü ilin may ayında Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalanıb.

Agentlik Naxçıvan Muxtar Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.

Həmin ərəfədə Malik Qadir oğlu Rzayev Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib. Ona sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə olunub.

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini  Malik RzayevNaxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Malik Rzayev

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları