SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Meqa Sığorta ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

"Meqa Sığorta" ötən il 3 milyon manatdan çox xalis mənfəət əldə edib

  • 17 aprel 2026, 11:29

"Meqa Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 3,2 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 18,3% çoxdur.

Bu ilin əvvəlinə "Meqa Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 1,6% çox - 57,4 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 27,7 milyon manat (1,4% çox), balans kapitalı isə 29,7 milyon manat (1,8% çox), o cümlədən nizamnamə kapitalı 23 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları