"Meqa Həyat Sığorta" ASC bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 2,05 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,9% çoxdur.
Bu il iyulun əvvəlinə "Meqa Həyat Sığorta"nın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 0,1% az - 44,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 26,5 milyon manat (9,1% az), balans kapitalı isə 18 milyon manat (17,1% çox), o cümlədən nizamnamə kapitalı 11 milyon manat (dəyişməyib) olub.