SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İrşad BOKT nizamnamə kapitalını artırdı

"İrşad" BOKT nizamnamə kapitalını artırdı

"İrşad" MMC Bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırdı.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 100 min manat və ya 7,4% artıraraq 1 milyon 350 min manata çatdırıb.

Qeyd edək ki, şirkət bu ilin mart ayında rəhbərliyə Zaur Miqirovun əvəzinə Bəşir Cəbrayılovu təyin etmişdi.

Keçən ilin sentyabr ayında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "İrşad” MMC BOKT lisenziya verilib. Şirkət 2023-cü ildə yaradılıb.

Xatırladaq ki, BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur. O “İrşad Telecom”u (İrşad İ.R. MMC) 2000-ci ildə İrad Hacıyev ilə şərikli yaratmışdı. İrad Hacıyev isə 2018-ci ildə 40 yaşında müəmmalı şəkildə dünyasını dəyişib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları