SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
“İrşad” BOKT ötən il də zərərlə işləyib

“İrşad” BOKT ötən il də zərərlə işləyib

  • 18 may 2026, 10:31

"İrşad" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, kredit təşkilatı ötən il 0,15 milyon manat zərər edib. Bu, əvvəlki illə müqayisədə 2,25 dəfə çoxdur.

Bu ilin əvvəlinə "İrşad"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 6% az - 1 milyon manat, o cümlədən kredit portfeli 21,5 dəfə çox – 0,5 milyon manat təşkil edib.

BOKT-un öhdəlikləri olmayıb (100% az), balans kapitalı isə 1 milyon manat (10,4% çox), o cümlədən nizamnamə kapitalı 1,25 milyon manat (25% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları