"İpək Yolu Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 0,9 milyon manat xalis mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 43,5% azdır.
Bu ilin əvvəlinə "İpək Yolu Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 3% az - 22,7 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 6,7 milyon manat (4,8% az), balans kapitalı isə 16 milyon manat (2,2% az), o cümlədən nizamnamə kapitalı 14,8 milyon manat (dəyişməyib) olub.