SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
İnternational və M Bulak BOKT-ların vəzifəli şəxsləri cərimə ödəməli olacaq

"İnternational" və "M Bulak" BOKT-ların vəzifəli şəxsləri cərimə ödəməli olacaq

  • 03 dekabr 2025, 12:13

Azərbaycan Mərkəzi Bankı (AMB) "İnternational" ASC və "M Bulak" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib. 

Bu barədə Yurd.Media-ya AMB-dən məlumat verilib. 

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "İnternational"ın vəzifəli şəxsi 10 min manat, 598.1.2-ci maddəsinə əsasənisə "M Bulak"ın vəzifəli şəxsi 2 min manat cərimələnib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları