SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Hermes Finance”ın aktivləri 40%-ə yaxın azalıb

“Hermes Finance”ın aktivləri 40%-ə yaxın azalıb

  • 01 sentyabr 2025, 17:04

Azəbaycanda lizinq xidmətləri göstərən “Hermes Finance” ASC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə çoxdur.

Bu il iyulun əvvəlinə “Hermes Finance”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 39,4% az - 17,4 milyon manat, o cümlədən lizinq portfeli 32,9% az - 14,3 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 16,5 milyon manat (39,1% az), balans kapitalı isə 0,9 milyon manat (44,8% az), o cümlədən nizamnamə kapitalı 0,9 milyon manat (20% çox) olub.

Skat.az - Ev və Avtomobil elanları