SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi CƏRİMƏLƏNDİ

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi CƏRİMƏLƏNDİ

  • 11 iyun 2026, 18:59

Gömrük İdarəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi barəsində protokol tərtib edib.

Yurd.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib olunan protokola görə, SOCAR-ın İdarəsi tərəfindən “Litasco Middle East DMCC” şirkətinə natamam bəyannamələrlə “Xam neft” adlı yük göndərilib.

Yüklər barədə gömrük bəyannamələri təqdim olunub.

Lakin Nazirlər Kabinetinin 2014-cü il tarixli qərarının 6.5-cı bəndinə əsasən gömrük bəyannamələri vaxtında təqdim edilməyib.

Raportdan görünür ki, Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən şirkətin ünvanına müvafiq olaraq natamam bəyannamələrlə “Azəri Light” xam neft yükü göndərilib.

Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 6.5-ci bəndinə əsasən natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir.

Amma gömrük bəyannamələri vaxtında təqdim edilməyib.

Buna görə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimə olunub.//Teleqraf

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları