Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Sənaye Sığorta" və "Qala Həyat Sığorta" ASC-lərə icrası məcburi göstəriş verib.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, qurum hər iki şirkətdə "Sığortaçılarda korporativ idarəetmə Standartları"na əməl olunmadığını üzə çıxarıb. Odur ki, "Sığorta fəaliyyəti haqqında" qanunun 102-ci maddəsinin tələblərinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.
Bundan başqa, AMB "Atəşgah Sığorta" ASC-nin vəzifəli şəxslərinin "Sığorta fəaliyyəti haqqında" qanunun 78-ci maddəsinin tələblərini pozduğunu müəyyən edib. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, onlar 300 manat cərimə ediliblər.