Azərbaycanlı bloger blokladığı bank kartından oğurluq olduğunu iddia edir.
Yurd.Media xəbər verir ki, "by_güniii" adlı bloger blokda saxladığı "Leobank" kartından 200 manat vəsaitin oğurlandığını, bankın isə məsələ ilə bağlı heç bir tədbir görmədiyini deyir.
O, Instagram hesabında öz izləyiciləri üçün etdiyi paylaşımında ağlayaraq narazılığını ifadə edib:
“Əgər kartı blokda saxlamağın heç bir faydası yoxdursa, niyə belə bir xidmət təqdim edirsiniz? Mənim 200 manat vəsaitim oğurlanacaqsa, bu necə xidmət sayılır?”.
Onun storisinə reaksiya verən digər izləyicilər də oxşar problemlərlə qarşılaşdıqlarını bildiriblər.
