İran Milli Bankının Bakı filialı bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, filial yanvar-iyun aylarında 2,3 milyon manat mənfəət əldə edib.
Bu, əvvəlki illə müqayisədə 27,9% azdır.
Bu ilin əvvəlinə İran bankının aktivləri ötən ilin əvvəlinə nisbətən 1,8% az - 121,5 milyon manat, o cümlədən kredit portfeli 2,2 dəfə çox – 2,4 milyon manat təşkil edib. Bakı filoialının öhdəlikləri 65,8 milyon manat (8% az), o cümlədən depozit portfeli 36,3 milyon manat (0,4% çox), balans kapitalı isə 55,7 milyon manat (6,7% çox), o cümlədən nizamnamə kapitalı 73,6 milyon manat (dəyişməyib) olub.