"AtaSığorta" ASC nizamnamə kapitalını 52% azaldıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 16 milyon manatdan 8,3 milyon manata endirib.
Xatırladaq ki, “Ata Sığorta” ASC 2025-ci ilin ilk üç rübündə gəlirləri illik müqayisədə 10% artıraraq 10,1 milyon manata yüksəldib və sığorta şirkəti fəaliyyətini mənfəətlə davam etdirir.
Qeyd edək ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.