SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanın 4 sığorta şirkəti geriləyib – SİYAHI

Azərbaycanın 4 sığorta şirkəti geriləyib – SİYAHI

  • 27 oktyabr 2025, 18:31

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətindən 4-nün yığımları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı sığorta icmalında bildirilir.

Sənədə əsasən, həmin şirkətlər “Atasığorta” “Azsığorta”, “İpək Yolu Sığorta” və “Meqa Sığorta” ASC-lərdir.

Qalan 12 sığorta şirkəti isə yığımlarını artıra bilib.

Son 1 ildə sığorta ödənişləri isə 16 şirkətdən 6-da azalıb. Bunlar, “A-Qrup Sığorta”, “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Qala Həyat Sığorta”, “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.

Qalan 10 şirkətin ödənişləri artıb.

Prime Leasing
SPE Annual Caspian