SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycanda kredit tarixçələri dərhal yenilənəcək

Azərbaycanda kredit tarixçələri dərhal yenilənəcək

  • 06 aprel 2026, 12:46

"Azərbaycan Kredit Bürosu" MMC bu il iyulun 1-nə qədər Ani Qeydiyyat Sistemini istismara verməyi planlaşdırır.

Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni sistem sayəsində götürdüyünüz kredit barədə məlumat dərhal kredit tarixçənizdə əks olunacaq:

"Hazırda bu proses 3 günə qədər vaxt aparır. Yenilik həm vətəndaşların, həm də kredit təşkilatlarının işini asanlaşdıracaq. Belə ki, hazırda bir banka kredit üçün müraciət edən şəxs ordan borc almasa belə, digər bankdan kredit götürmək üçün 3 gün gözləməli olur. Bununla vətəndaşın aylıq gəlirinə uyğun olmayan borclanmasının qarşısı alınır. Ani Qeydiyyat Sistemi isə kredit təşkilatlarına müştərinin adında olan kreditlər barədə anında məlumat əldə etməyə və ona yeni kredit verib-verməmək barədə operativ qərar qəbul etməyə imkan verəcək”, - deyə o qeyd edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları