SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda 5 BOKT-un öhdəlikləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 5 BOKT-un öhdəlikləri 40 milyon manatdan çoxdur

  • 21 noyabr 2025, 10:11

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə öhdəlikləri 40 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Fintrend” (62,8 milyon manat), “FİNKA Azərbaycan” (58,3 milyon manat), “SF Azerbaijan” (46,3 milyon manat), “Embafinans” (44,2 milyon manat) və “FNC”dir (40,3 milyon manat).

8 BOKT-un öhdəlikləri 10-40 milyon manat arasında, 22 BOKT-un öhdəlikləri 1-10 milyon manat arasında, 16 BOKT-un öhdəlikləri isə 0-1 milyon manat arasında olub.

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 29-nun son 1 ildə öhdəlikləri artıb. Ən yüksək dinamika “Nova Credit”də (169 dəfə), ən aşağı dinamika isə “Kəpəz”də (7,5%) qeydə alınıb.

2 BOKT-un – “Azəri Star Mikromaliyyə” və “Azinvestkredit”in öhdəlikləri dəyişməyib.

20 BOKT-un isə son 1 ildə öhdəlikləri azalıb. Ən çox azalma “Finans İnvest”də (100%), ən az azalma isə “Finans Kredit”də (0,5%) qeydə alınıb.

Prime Leasing
SPE Annual Caspian