Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin bu il yanvarın 1-nə nizamnamə kapitalı 10 milyon manatdan az olmayıb.
Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “Birkredit” (88,3 milyon manat), “Para” (29,3 milyon manat), “M Bulak” (10,4 milyon manat), “Embafinans” (10 milyon manat) və “Monetri”dir (10 milyon manat).
24 BOKT-un nizamnamə kapitalı 1-10 milyon manat arasında, 22 BOKT-un nizamnamə kapitalı isə 0-1 milyon manat arasında olub.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 10-nun son 1 ildə nizamnamə kapitalı artıb. Ən yüksək dinamika “Caspian İnvest”də (10 dəfə), ən aşağı dinamika isə “Finans İnvest”də (12,4%) qeydə alınıb.
41 BOKT-un isə nizamnamə kapitalı dəyişməyib.