Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il (xalis) mənfəəti 4,5 milyon manatdan az olmayıb.
Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “Azpul” (59 milyon manat), “SF Azerbaijan” (37,7 milyon manat), “Embafinans” (7,2 milyon manat), “M Bulak” (5,7 milyon manat) və “İnternational”dır (4,8 milyon manat).
12 BOKT-un (xalis) mənfəəti 1-4,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 0-1 milyon manat arasında olub, 9 BOKT isə 0-1,2 milyon manat arasında (xalis) zərərlə üzləşib.
2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 26-nın son 1 ildə (xalis) mənfəəti artıb. Ən yüksək dinamika FNC-də (18,8 dəfə), ən aşağı dinamika isə “Kredit Servis”də (2,5%) qeydə alınıb.
7 BOKT-un isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Finex Kredit”də (75,8%), ən az azalma isə “City Finance”da (0,4%) qeydə alınıb.
5 BOKT-da (xalis) zərər artıb. Ən yüksək dinamika “İrşad”da (34 dəfə), ən aşağı dinamika isə “Para”da (15,4%) qeydə alınıb. 1 BOKT-un “Azinvestkredit”in (xalis) zərəri dəyişməyib, 1 BOKT-un – “Azəri Star Mikromaliyyə”nin isə (xalis) zərəri isə 42,9% azalıb.
9 BOKT-da (xalis) zərərdən (xalis) mənfəətə keçid, 2 BOKT-da isə əks vəziyyət baş verib. Odur ki, həmin BOKT-ların (xalis) mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.