SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda 5 BOKT-un illik mənfəət vergisi ödəmələri 1 milyon manatdan az deyil

Azərbaycanda 5 BOKT-un illik mənfəət vergisi ödəmələri 1 milyon manatdan az deyil

  • 27 noyabr 2025, 09:07

Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il mənfəət vergisi ödəmələri 1,2 milyon manatdan az olmayıb.

Yurd.Media-nın apardığı araşdırmaya görə, bunlar, “Azpul” (19,5 milyon manat), “SF Azerbaijan” (9,5 milyon manat), “Embafinans” (1,8 milyon manat), “M Bulak” (1,4 milyon manat) və “İnternational”dır (1,2 milyon manat).

32 BOKT isə 0-1 milyon manat arasında mənfəət vergisi ödəyib. 13 BOKT vergi ödəməyib. 1 BOKT – “İnkişaf üçün maliyyə” isə vergi ödəmələrinə qənaət edib.

2 BOKT – “E-Kredit” və “Forfinance” ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus “Aqrarkredit” isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.

Hesabat vermiş 51 BOKT-dan 23-nün son 1 ildə mənfəət vergisi ödəmələri artıb. Ən yüksək dinamika “Azərbaycan Mikro-Kredit”də (16,2 dəfə), ən aşağı dinamika isə “Finkapital”da (8,8%) qeydə alınıb.

1 BOKT-un – “Asel Kredit”in vergi ödəmələri dəyişməyib.

9 BOKT-un isə vergi ödəmələri azalıb. Ən çox azalma “Finex Kredit”, İDK və “Optimal Finance”da (100%), ən az azalma isə “Finans Kredit”də (3,8%) qeydə alınıb.

7 BOKT ötən il mənfəət vergisi ödəsə də, əvvəlki il ödəməyib. 10 BOKT nə ötən il, nə də əvvəlki il vergi ödəməyib. 1 BOKT – “İnkişaf üçün maliyyə” isə ötən il vergi ödəmələrinə qənaət edib, əvvəlki il isə vergi ödəyib. Odur ki, bu BOKT-ların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Prime Leasing
SPE Annual Caspian