Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2 318 ədəd yük avtomobili idxal edib.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azdır.
Son 1 ildə yük avtomobillərinin idxalına çəkilən xərc isə 35,2% azalaraq 21,6 milyon ABŞ dollarına düşüb.