"Azərbaycan Sənaye Sığorta" ASC (ASS) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 2,6 milyon manat zərər edib (əvvəlki ili 1,3 milyon manat xalis mənfəətlə başa vurmuşdu).
Bu ilin əvvəlinə ASS-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 16,4% çox - 35,7 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 26,1 milyon manat (43,1% çox), balans kapitalı isə 9,6 milyon manat (22,9% az), o cümlədən nizamnamə kapitalı 11 milyon manat (dəyişməyib) olub.