"Atəşgah Sığorta" ASC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-mart aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% azdır.
Bu il aprelin əvvəlinə "Atəşgah Sığorta"nın aktivləri ötən il aprelin əvvəlinə nisbətən 9,8% az – 64,3 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 46,8 milyon manat (13,8% az), balans kapitalı isə 17,5 milyon manat (2,8% çox), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.