SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Atəşgah Sığortanın xalis mənfəəti 2 dəfə azalıb

"Atəşgah Sığorta"nın xalis mənfəəti 2 dəfə azalıb

  • 14 aprel 2026, 09:37

"Atəşgah Sığorta" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət ötən il 1,7 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 2 dəfə azdır.

Bu ilin əvvəlinə "Atəşgah Sığorta"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 19,8% az - 65,8 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 48,5 milyon manat (24,1% az), balans kapitalı isə 17,3 milyon manat (4,4% az), o cümlədən nizamnamə kapitalı 5 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları