SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
“Aqrarkredit” BOKT-un auditi 50% bahalaşdı

“Aqrarkredit” BOKT-un auditi 50% bahalaşdı

  • 31 oktyabr 2025, 14:34

"Baker Tilly Audit Azərbaycan" QSC dövlətə məxsus "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2024-2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderin qalibi olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, tərəflər arasında 104,4 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Beləliklə, 1 ilin auditi 52,2 min manata başa gələcək. Ötən il bu xidməti göstərmiş “Nexia EA” QSC “Aqrarkredit”dən 35,4 min manat alıb.

Başqa sözlə, BOKT-un auditi təxminən 50% bahalaşıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları