"NEO Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti rəhbər vəzifəsində dəyişiklik edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət rəhbər vəzifəsinə Ceyhun Əhmədovun əvəzinə Anar Məmmədovu təyin edib.
Qeyd edək ki, bu ilin yanvarın əvvəlində "Finans İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) adını və təşkilati-hüquqi formasını dəyişərək "NEO" ASC-yə çevrildiyini elan edib.
Xatırladaq ki, "Finans İnvest" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 371 min manatdır.