Bu il aprelin 1-nə “Access Bank” QSC-nin 77,9 milyon manat problemli kreditləri olub.
Bu barədə Yurd.Media-ya Bankdan bildirilib.
Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 10,9% çoxdur.
Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Access Bank” ölkə bankları arasında ilk 5-dədir.
Qeyd edək ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 121,75 manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır(9,36%).