SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
ABŞ şirkəti Azərbaycanda korporativ istiqraz bazarını bir qədər də “qızışdırdı”

ABŞ şirkəti Azərbaycanda korporativ istiqraz bazarını bir qədər də “qızışdırdı”

  • 06 fevral 2026, 13:56

Fevralın 12-də “Finca Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) “Bakı Fond Birjası” QSC-də 1 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirəcək.

Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.

Məlumata görə, istiqazlara illik 9% gəlirlilik vəd olunur.

Bu, son illər Amerika valyutasında buraxılan istiqrazlar üzrə ən yüksək illik faiz dərəcəsidir.

Bundan əvvəl “Bank Respublika” ASC illik 8,5%-lə, “Unibank” ASC isə illik 8%-lə dollar istiqrazı yerləşdirib.

“Finca Azerbaijan" 1999-cu ildən fəaliyyət göstərir. Onun təsisçisi ABŞ-a məxsus “Finca International”dır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları