SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Türkiyədə bıçaqlanan Ayaz Musayevdən xəbər var

Türkiyədə bıçaqlanan Ayaz Musayevdən xəbər var

  • 29 may 2025, 13:09

Dünən Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.

Yurd.media xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə sorğu ünvanlayıb.

Səfirlikdən verilən məlumata əsasən, hadisə nəzarətə götürülüb və müvafiq tədbirlər görülür:

“Yaralı xəstəxanaya yerləşdirilib və həkim nəzarəti altındadır. Türkiyənin hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb, istintaq tədbirləri davam edir”.

Prime Leasing