SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qumar pullarını leqallaşdıran Rusiya vətəndaşlarına hökm oxundu

Qumar pullarını leqallaşdıran Rusiya vətəndaşlarına hökm oxundu

  • 12 may 2026, 18:03

Əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları İqor Zabolotskix və İlnur Valıtovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

Yurd.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı hər təqsirləndirilən şəxslərin hər birinə 4 il həbs cəzasının verilməsini təklif edib.

Müşavirədən sonra hökm elan olunub.

Hökmə əsasən hər iki təqsirləndirilən 3 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər. 

Onlara qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 - ci maddəsi üzrə cinayət işi açılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları