SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Başına torba keçirib təqaüdün taladı - KAMERA GÖRÜNTÜLƏRİ

Başına torba keçirib təqaüdün taladı - KAMERA GÖRÜNTÜLƏRİ

  • 18 fevral 2026, 16:56
Abşeron

Abşeron rayonunda bərbər yeni təqaüd alan müştərisini izləyib başına torba keçirərək taladı.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, hadisə rayonun Mehdiabad qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Faktla bağlı araşdırma aparılır.

Başına torba keçirib təqaüdün taladı - KAMERA GÖRÜNTÜLƏRİ
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları