Bu ilin I yarısında dünya bazarında "Azeri Light" markalı xam neftin bir barelinin orta ixrac qiyməti dövlət büdcəsində nəzərdə tutulan həddən 45,4% baha olub.
Yurd.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarnda Azərbaycan neftinin hər bareli ölkəyə 94,5 ABŞ dolları qazandırıb.
Neftin büdcə qiyməti isə 65 dollardır.