SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Maliyyəçi-ekspert: “Qeyri-neft-qaz sənayesinin illik artımı ikirəqəmli olmalıdır”

Maliyyəçi-ekspert: “Qeyri-neft-qaz sənayesinin illik artımı ikirəqəmli olmalıdır”

  • 19 yanvar 2026, 17:43

Azərbaycanda ötən il qeyri-qaz-sənayesinin illik artımı 5% civarında olub, amma bu göstərici ikirəqəmli olmalıdır.

Yurd.Media xəbər verir ki, bunu “CBC FM Azerbaijan”ın “Qarabağ Gündəm” verilişinin efirində maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

“2021-ci ildə ölkədə qeyri-neft-qaz sənayesi 19%-ə yaxın böyümüşdü, son illər isə artım təkrəqəmli olub. Burada söhbət həm də dövlət büdcəsinin gəlirlərindən gedir. Qeyri-neft-qaz sənayesi artdıqca, qeyri-neft-qaz sektoru da böyüyür, avtomatik olaraq bu sektordan büdcəyə daxilolmalar da artır. Azərbaycan hökuməti 2029-cu ildə neft-qaz sektorunun büdcədə birbaşa payını 25%-ə endirməyi, Dövlət Neft Fondundan transfertləri 10 milyard manata qədər azaltmağı planlaşdırır. Bu da o deməkdir ki, biz qeyri-neft sektorundan, o cümlədən qeyri-neft-qaz sənayesindən daha çox vergi yığmalıyıq. Yəni, bu növ sənayenin artımı qaçılmazdır. İndiyə qədər müxtəlif səviyyələrdə qeyd olunub ki, qeyri-neft-sektoru illik 10%-dən çox artım potensialına malikdir. Əgər bu potensial varsa, ondan istifadə etməliyik”, - deyə o qeyd edib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları